Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

10:47 - 24 Aprel 2024 - ÖLKƏ İÇİ

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

Xəbər xətti