Litva ən böyük hərbi təlimlərə başlayıb

11:22 - 22 Aprel 2024 - DÜNYA

Litvada “Perkūnas Thunder 2024” ən böyük hərbi təlimi başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Təlimlərə on mindən çox hərbi qulluqçu cəlb edilib.

Təlim mayın 10-dək davam edəcək. Bildirilir ki, təlimin məqsədi Litva Silahlı Qüvvələri və dövlət qurumlarının hərəkətlərini əlaqələndirməkdir.

Xəbər xətti