Ağcabədidə iki avtomobil toqquşdu - biri yandı

09:51 - 20 Aprel 2024 - ÖLKƏ İÇİ

Ağcabədi şəhərində "ВАЗ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti