Rusiyada güclü yanğın

14:06 - 29 Fevral 2024 - DÜNYA

Moskva vilayəti Ramenskoye şəhərində 4,5 min kvadratmetr sahədə anbarda yanğın baş verib. 

Ucnoqta.az xəbər verri ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Daha əvvəl yanğın sahəsinin 3 min kvadratmetr olduğu bildirilirdi. 

Yanğın yerinə qüvvə və vasitələr cəlb olunur. Yanğının söndürülməsinə 60 nəfərdən artıq qrup və 30-a yaxın texnika cəlb olunub.

“Ölənlər və yaralananlar barədə məlumat yoxdur”, - nazirlikdən açıqlama verilib.

Xəbər xətti