Danimarka və Ukrayna 10 illik təhlükəsizlik sazişi imzalayıb

16:53 - 23 Fevral 2024 - DÜNYA

Ukrayna prezidenti Vladimir Zelenski və Danimarkanın baş naziri Mette Frederiksen ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva Facebook-da məlumat verib.

"Ukraynanın təhlükəsizliyinə dair daha bir razılaşma. Bundan sonra Danimarka ilə. Bu gün Lvovda Ukrayna Prezidenti və Danimarkanın Baş naziri Ukrayna və Danimarka arasında təhlükəsizlik və uzunmüddətli dəstək sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar" - o, yazıb.

Jovkva qeyd edib ki, Danimarka G7-nin üzvü olmayan ilk ölkə olub ki, belə bir sənəd imzalanıb.

Xəbər xətti