Londonun ICE birjasında fevralda çatdırılma Brent markalı neftin və 2024-cü ilin yanvarında çatdırılma üçün WTI neftinin fyuçerslərinin qiyməti uzunmüddətli artımdan sonra ucuzlaşmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin qiyməti 1,87% artaraq 84,45 dollar/barel təşkil edib. Eyni zamanda WTI markalı neft 1,77% artaraq barreli 79,43 dollar təşkil edib.
Axşam saatlarında Brent markalı neftin qiyməti aşağı düşüb və 84,29 dollara (+1,68%), WTI markalı neftin bir barreli isə 79,41 dollara (+1,74%) bərabər olub.