Əfqanıstan müqavimət qüvvələri Taliban mövqelərinə hücum edib

16:40 - 18 Sentyabr 2023 - DÜNYA

Əfqanıstan Azadlıq Cəbhəsi (ALF) Kabilin şimalında Taliban mövqelərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hasht-e Subh qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, raket Taliban hərbi bazasına düşüb, hücum nəticəsində itki yoxdur.

Məlumatlara görə, üç Taliban döyüşçüsü öldürülüb, daha ikisi yaralanıb. Bundan əlavə, müqavimət qüvvələri Talibana məxsus iki yolsuzluq avtomobilini məhv edib.

Xəbər xətti