Xırdalanda 36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi araşdırılır

12:31 - 10 İyun 2023 - Xəbər

Xırdalanda 36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi faktı prokurorluqda araşdırılır.

 Ucnoqta.az əbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti