Bayden Sunakı səhvən prezident adlandırdı

10:46 - 9 İyun 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşü zamanı Britaniya liderinin mövqeyini qarışdıraraq onu prezident adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məlumata görə, cümə axşamı Sunakı Ağ Evdə qarşılayanda Bayden dərhal ona “cənab prezident” deyə müraciət edib.

"Cənab prezident? Mən sadəcə sizi yüksəldirəm! Cənab Baş nazir, xoş gəlmisiniz" - ABŞ lideri dərhal səhvini düzəldib və gülüb.

Bundan əvvəl Bayden dəfələrlə Böyük Britaniyanın baş nazirinin adında səhvə yol verərək onu “Raşi Sanuk” adlandırmışdı. 

Qeyd edək ki, Sunak iyunun 7-8-də Vaşinqtonda səfərdə olub.

Xəbər xətti