Almaniya kansleri Olaf Şolz Ukraynaya uzun müddət kömək etməli olacağımıza hazır olmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində danışıb.
“Biz hazır olmalıyıq ki, Ukraynaya uzun müddət kömək etməli olacağıq. Biz ədalətli və davamlı sülhə nail olmaqda Ukraynanı dəstəkləyəcəyik”, - Şolz bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya silahlı münaqişəyə son qoya bilər.
“Bu müharibənin nə vaxt bitəcəyini bilmirik. Ancaq bir şey aydındır: Prezident Putinin hərbi əməliyyatları dayandırmaqla və qoşunları çıxarmaqla dərhal buna son qoymaq imkanı var”, - Şolz qeyd edib ki, Moskva ilə Kiyev arasında danışıqlar bundan sonra gedə bilər.
Şolz həmçinin bildirib ki, Ukrayna qəbul meyarlarına cavab verdikdə Avropa İttifaqının bir hissəsi ola biləcək. O bildirib ki, Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir və Berlin Aİ-yə daxil olmaq prosesində Kiyevə dəstək vermək niyyətindədir.