İki qardaşın düşdüyü dəhşətli qəzanın - Videosu

10:03 - 6 İyun 2023 - HADİSƏ

Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu küçəsində qəzaya uğrayan “Hyundai Sonata” markalı 99 LX 111 dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri yayılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Turqayın düşdüyü qəzada avtomobilin həddindən artıq sürətlə hərəkət etməsi məlum olur. Belə ki, onların "Rent-a-car"dan icarəyə götürdükləri avtomobilin Bibiheybət məscidi yaxınlığında reklam lövhəsinin dirəyinə çırpılması nəticəsində “Hyundai Sonata” ortadan bölünüb və ayrı-ayrı yerlərə düşüb.

Sürücü Tural Şiriyev hadisə yerində vəfat edib, onun qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Xəbər xətti