İnyesta "Barselona"ya qayıtmaq istəyir

08:14 - 26 May 2023 - İDMAN

İspaniyalı yarımmüdafiəçi Vissel Kobe Andres İnyesta "Barselona"ya qayıtmaq istədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını bitirmək fikrində olmadığını bildirib. Təcrübəli yarımmüdafiəçi "Vissel Kobe"ni tərk edəcəyini açıqlayıb.

“Dəfələrlə dediyim kimi, həyatımın hansısa məqamında "Barselona"ya qayıtmaq istərdim, amma hələ də bunun çox uzaqda olduğunu düşünürəm. Əvvəla, ümid edirəm ki, Xavi uzun illər baş məşqçi olacaq, bu, futbol üçün əla xəbər olardı”, - İnyesta bildirib.

Xatırladaq ki, İnyesta 2002-2018-ci illərdə "Barselona"da çıxış edib, 650-dən çox oyun keçirib, 9 qat İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 6 dəfə İspaniya kubokunun qalibi olub. 37 yaşlı futbolçu altı dəfə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) ilinin komandası seçilib.

Xəbər xətti