Yaponiya Rusiyadan Kuril adalarını geri qaytarmağı tələb edir

16:07 - 7 Fevral 2023 - DÜNYA

Fevralın 7-də Tokioda Şimal Əraziləri Günündə ilk dəfə Rusiya Federasiyasından Hokkaydo sahillərindəki "qanunsuz işğal edilmiş" yapon adalarının geri qaytarılması tələbi irəli sürülən mitinq keçirilib. Rusiyada onları Cənubi Kuril adaları adlandırırlar.

Ucnoqta.az xəbər verir ki, "Kyodo News"un məlumatına görə, aksiya Rusiya səfirliyinin yaxınlığında keçirilib. Onun əsas məqsədi Kuril adalarının - Kunaşir, İturup, Şikotan və Habomai adalar qrupunun Yaponiyanın suverenliyinə qaytarılması ilə bağlı Tokionun mövqeyinin toxunulmazlığını nümayiş etdirmək olub.

Mitinqdə Rusiyanın tutduğu adaların geri qaytarılması üçün başda nazir Fumio Kişida çıxış edib.

Xəbər xətti