Suriyada zəlzələdən sonra 20-dən çox İŞİD döyüşçüsü həbsxanadan qaçıb

12:55 - 7 Fevral 2023 - DÜNYA

Suriyanın şimal-qərbində zəlzələdən sonra "İslam Dövləti" terror təşkilatına (İŞİD) mənsub olmaqda şübhəli bilinən azı 20 məhbus qaçıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.
Məlumata görə, Türkiyə sərhədinə yaxın Racu şəhəri yaxınlığındakı həbsxanada 2000-ə yaxın insan saxlanılır ki, onlardan 1300-ü İŞİD yaraqlıları ola bilər. Zəlzələ zamanı binada dağıntı olduğundan məhbuslar qiyam qaldıraraq həbsxananın bir hissəsini ələ keçiriblər.

Xəbər xətti