ABŞ Blinkenin Çinə səfərini ləğv edib - KİV

20:47 - 3 Fevral 2023 - DÜNYA

ABŞ prezidenti Co Baydenin administrasiyası dövlət katibi Entoni Blinkenin Pekinə səfərini onun hava məkanında Montana ştatının nüvə obyektləri üzərində yüksəkdə uçan Çin müşahidə şarını aşkar etdikdən sonra təxirə salmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Blinken gələn həftənin əvvəlində Pekində görüşlər keçirməyi planlaşdırırdı. Bu, ABŞ diplomatının son beş ildə ilk belə səfəri olacaqdı. 

Ağ Ev və ABŞ Dövlət Departamentinin nümayəndələri agentliyin səfərin ləğv edilməsi məlumatına cavab verməyiblər.

Emin

Xəbər xətti