Kirayə qaldıqları evdə boğularaq öldülər

09:38 - 31 Yanvar 2023 - HADİSƏ

Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.

Hələlik adı və soyadı bilinməyən üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.

 

Xəbər xətti