Nazirlik Anar Kərimovun işinin başında olduğunu açıqlayıb

11:42 - 2 Noyabr 2022 - Xəbər

“Məlumat üçün deyim ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir”.

APA-nın xəbərinə görə, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.

“Çünki iş icrası təkcə inzibati binada olmur”, - o əlavə edib.

Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı vəzifəli şəxslər saxlanılıb. Sosial şəbəkələrdə əməliyyat keçirilən zaman mədəniyyət naziri Anar Kərimovun iş yerində olmadığı barədə məlumatlar yayılıb.

 

Xəbər xətti