Tovuzda traktor aşdı, sürücü öldü

20:40 - 25 Sentyabr 2022 - HADİSƏ

Tovuzun Əlibəyli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, traktorun idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Asif Şamilov ağır xəsarətlər alıb.

O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti