Alen Delon Zelenskidən müsahibə götürəcək

15:46 - 22 Sentyabr 2022 - DÜNYA

Fransız aktyor və kinorejissor Alen Delon Ukrayna Prezidenti Vladimir Zelenskidən müsahibə götürəcək.

APA BFMTV kanalına istinadən xəbər verir ki, müsahibə cümə günü TV5 Monde kanalı üçün baş tutacaq.

Daha əvvəl Delon Ukraynaya dəstəklədiyini ifadə etmiş, orada baş verənlərə görə üzüldüyünü ifadə etmişdi. Yaxın günlərdə isə aktyor Fransa kanallarından birində Tara Şevçenkoya həsr olunmuş verilişə qatılaraq şairin şeirini oxumuşdu.

 

Xəbər xətti