Dünya çempionunun meyiti tapıldı

15:50 - 14 Avqust 2022 - HADİSƏ

Fransa xilasediciləri Şamonik kommunası yaxınlığındakı Monblan dağ silsiləsinin yamaclarından birində iki nəfərin meyitini aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionu Adele Millozdur.
Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. İlkin məlumata görə, 26 yaşlı idmançı heç bir xüsusi təhlükə yaratmayan Peyn zirvəsinə təlimatçı ilə birlikdə klassik hesab edilən standart dırmanma marşrutu ilə gedib.

Həyəcan siqnalı cümə günü günortadan sonra zirvəyə qalxan turistlər tərəfindən çalınıb. Xilasedicilər gördüklərindən şok vəziyyətində olduqları üçün aşağı enə bilmədiklərindən onları təxliyə etməli olublar.///unikal

Xəbər xətti