Abşeronda ər həyat yoldaşını bıçaqlayıb

08:33 - 13 Avqust 2022 - HADİSƏ

Xırdalan şəhərində ailə-məişət zəmnində dava düşüb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhəri Heydər Əliyev küçəsində yerləşən binada baş verib.1988-ci il təvəllüdlü Əliyeva Pəri İbrahim qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Xəbər xətti