Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - FOTO

14:38 - 22 Yanvar 2022 - HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli 27/31 ünvanında yerləşən binanın 11-ci mərtəbəsində qeydə alınıb.

Yanğın hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ev sahibi bildirib ki, yanğın mənzilin eyvanında olub: “Uşağın oyuncağı elektrik cərəyanına qoşulu vəziyyətdə olub, ehtimal olunur ki, qısaqapanma nəticəsində yanğın baş verib. Eyvanın pəncərələri plastik olduğundan yanğın böyüyüb. Xoşbəxtlikdən evdə kimsə olmayıb və xəsarət alan yoxdur”.

 


Xəbər xətti