FHN əməliyyat görüntülərini yaydı - VİDEO

10:58 - 14 Yanvar 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün respublika ərazisində baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən Qusar rayonunda “LADA” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti