UEFA səkkiz klubu cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, buna maliyyə feyr-pleyini pozulması səbəb olub.
Bu üzdən “Astana”, ÇFR, Sofiya MOİK-i, “Mons”, “Betis”, “Porto”, “Sportinq” və “Santa-Klara” cəriməyə məruz qalıb. ÇFR 200, “Astana” 150 min avro ödəyəcək.
MOİK 75, “Mons” 15, “Porto” 300”, “Sportinq”lə “Betis” 250, “Santa-Klara” 75 min xərcə düşüb. Klublara şərti avrokuboklardan kənarlaşdırılmaq cəzası verilib. 2022-ci il yanvarın 31-dək borclar ödənməlidir.