Peyvənddən imtina edənlər 3,5 min avro ödəyəcək

20:25 - 30 Noyabr 2021 - Xəbər

Avstriyada koronavirusa qarşı məcburi peyvənddən imtina edənlər 3,6 min avro cərimələnəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Aleksander Şellenberq açıqlama verib.

Bildirilib ki, qərar gələn il fevralın 1-dən qüvvədə olacaq: 

“Yerli hakimiyyət orqanları peyvənd olunmamış insanlara göndəriş ünvanlanacaq. Əgər gəlməsələr, onlar dörd həftə ərzində yenidən çağırılacaqlar. Tələbə dəfələrlə əməl etmədikdə onları 3,6 min avroya qədər inzibati cərimə və ya 4 həftə həbs gözləyir”.

Xəbər xətti