Prezident Qubadlıda BANM-in tələbələri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubadlı rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Əbil Şəfiyev və Röya Qasımova da iştirak ediblər.

Ucnoqta.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyev tələbələrlə söhbətləşib və BANM-in tələbələrinə salam göndərib:
Prezident İlham Əliyev: Harada oxuyursan?
Tələbə oğlan: Mən məktəbdə respublika birincisi oldum. Bakı Ali Neft Məktəbində oxuyuram.
Prezident İlham Əliyev: Neft məktəbində? Neçənci kursda?
Tələbə oğlan: Birinci kurs.
Prezident İlham Əliyev: Birinci kurs. Hə, çox yaxşı.
Tələbə qız: Mən də Bakı Ali Neft Məktəbində oxuyuram. Tələbələrimizin Sizə salamı var.
Prezident İlham Əliyev: Çox sağ ol, məndən də tələbələrə salam söylə. Çox sağ ol.

Əbil Şəfiyev və Röya Qasımovanın ailələri Qubadlı rayonundan məcburi köçkün düşərək Sumqayıtda məskunlaşıblar.
Əbil Şəfiyev Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin məzunudur. O, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 697,1 bal toplayaraq Azərbaycan birincisi və I ixtisas qrupunun lideri olub. BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsidir.

Röya Qasımova Qubadlı rayonu Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. O, DİM-in keçirdiyi imtahanlarda 683,2 bal toplayaraq BANM-in Biznesin idarə edilməsi ixtisasına daxil olub.
Prezident İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən, hər iki tələbə Prezident təqaüdünə layiq görülüb. 

Tarix
27 Oktyabr 2021 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-27 10:54:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin