Sevdanın toyundan görüntülər - VİDEO

23:08 - 25 Oktyabr 2021 - MAQAZİN

Bu gün müğənni Sevda Yahyayevanın toyudur. 

Paytaxt məkanlarının birində keçirilən məclisə şou-biznesin bir çox tanınmış simaları qatılıb.

Onlar arasında Xalq artistləri Mənsum İbrahimov, Röya Ayxan, Tünzalə Ağayeva, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Xəyyam Nisanov və başqaları yer alıb.

35 yaşlı ifaçı toyunun aparıcılığını aparıcı Nəsib Nur edib.
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurur. Onlar ötən il nikaha girib. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb.

Sevda özəl günündə açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:


​ ///lent.az

Xəbər xətti