Deputatın statusundakı səhvə görə sürücü İŞDƏN ÇIXARILDI

Milli Məclisin üzvü, millət vəkili Cavanşir Paşazadənin şəxsi "Facebook" hesabında yazdığı statusdakı qrammatik səhvlər sosial şəbəkə istifadəçilərinin məzəmmətinə səbəb olub. 

Deputat Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qismində iştirak edib və paylaşımı da bu mövzuda olub. 


"Rupor"un əməkdaşı Cavanşir Paşazadənin köməkçisi Sulduz Ağayevlə əlaqə saxlayaraq, məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışıb.Sulduz Ağayev belə deyib: 

"O statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb. Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür". 

Tarix
25 Oktyabr 2021 [17:40]
Müəllif
Üç nöqtə
2021-10-25 17:40:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin