Yol polisi sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda avtomobillər tərəfindən zəbt edilən yollarda tədbirləri gücləndirib.

Ucnoqta.az xəbər verir ki, bunu İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:
“Dəfələrlə piyada səkilərinin, yollların hərəkət hissələrinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək.

“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

Tarix
20 Oktyabr 2021 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 13:25:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin