Bakı şəhəri Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb.
Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.