Vaksin olunanlarla bağlı Operativ Qərargahın MƏLUMATI - FOTO

16:39 - 17 Sentyabr 2021 - Cəmiyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39437 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7863592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4588732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3274860 təşkil edir.


Xəbər xətti