Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var

12:12 - 28 İyul 2021 - HADİSƏ

Kürdəmirdə ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomaşının sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşaraq yolun kənarına düşüb. Avtomobildə olan sürücü və sərnişin ağır dərəcələri bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti