Güləşçimiz 0:7 uduzduğu görüşdə erməniyə bir dəqiqəyə qalib gəldi - VİDEO

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qızıl medalını qazanıb.

48 kq-da mübarizə Fərahim Mustafayev qızıl medal uğrunda türkiyəli Sərvət Anqı ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız qitə çempionu olub.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukyasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son bir dəqiqədə yeddi xal götürərək, son xal prinsipi ilə rəqibini məğlub edib. Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.

Kənan Abdullazadə (65 kq) estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa üçüncüsü olub.


​///oxu.az

Tarix
19 İyun 2021 [23:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 23:22:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin