Hacıqabul-Sabirabad yolunda ağır qəza: dörd nəfər xəsarət alıb - FOTO

14:54 - 14 May 2021 - HADİSƏ

Hacıqabul-Sabirabad magistralından qəza olub, dörd nəfər xəsarət alıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Sabirabad avtomagistralının 10-cu kilometrliyində baş verib.

“Mercedes-Benz” markalı minik avtomobili qoşqulu “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – İmişli sakinləri, 1975-ci il təvəllüdlü Sadıqova Gülnarə Arif qızı, 2003-cü il təvəllüdlü İbayev Sahib Qurban oğlu və 1980-ci il təvəllüdlü Fərəcov Əjdər Oqtay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb yük avtomobilinin manevr qaydalarını pozaraq dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.


Xəbər xətti