Koronavirusa yoluxan şəxslər hansı halda antibiotik qəbul etməlidir? -AÇIQLAMA

COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur.

Bunu Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev deyib.

Onun sözlərinə görə, antibiotiklərin digər dərmanlar kimi çoxsaylı yan təsirləri var və bəziləri böyük problemlərə səbəb ola bilər:

"Ən çox görülən yan təsirlərdən biri bədəndə mövcud olan və insan üçün faydalı bakteriyaları məhv etməsidir. Məsələn, bağırsaq florasında K vitamini sintez edən və qida maddələrinin həzm olunmasına, mənimsənilməsinə cavabdeh olan bir çox köməkçi bakteriya var. Bağırsaq florasının tarazlığı pozulursa, funksiyalarını yerinə yetirə bilmədikləri üçün müalicə alan insanlarda bağırsaq problemləri tez-tez müşahidə edilə bilər. Artıq miqdarda antibiotik istifadəsinin zərərləri - xəstəxanadaxili və ya nazokomial infeksiyaların törədicilərinin yaranmasıdır. COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur. Artıq miqdarda antibiotiklərin istifadəsi həm immuniteti, həm də qanda leykosit miqdarını aşağı salır".///trend

Tarix
8 Aprel 2021 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-08 12:50:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin