Tovuzda avtomobil aşdı, beş nəfər xəsarət aldı - SİYAHI

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakinləri olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Xəsarət alan şəxslər aşağıdakılardır:

2000-ci il təvəllüdlü Məmmədova Aytac Elzar qızı;

1950-ci il təvəllüdlü Hüseynova Şöhlə Əmirasla qızı;

2001-ci il təvəllüdlü Məmmədov Qorxmaz Ağa oğlu;

1973-cü il təvəllüdlü Məmmədova Lalə Qorxmaz qızı;

1969-cu il təvəllüdlü Qənbərova Qahirə Qorxmaz qızı.

Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
26 Mart 2021 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-26 17:44:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin