Türkiyədə "Marmaray" sualtı dəmir yolu tunelində hərəkət texniki problemlərə görə dayanıb.
Bu barədə Ucnoqta.az "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Hazırda tuneldə hərəkətin bərpası üzrə işlər aparılır.
Qeyd edək ki, oxşar hadisə sonuncu dəfə cari ilin 29 iyununda qeydə alınmışdı.