ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti üzrə iclasın vaxtı məlum olub.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, iclas Ali Məhkəmədə hakimSevda Hüseynovanın sədrliyi ilə sentyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, sentyabrın 15-də keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.