İlham Əliyev işçi qrupun üzvlərinin sayını artırdı

15:57 - 11 İyun 2025 - Cəmiyyət

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sözügedən işçi qrup 8 nəfərdən ibarət olub.

Xəbər xətti