İsrail təyyarələri Livana zərbə endirib

12:16 - 28 Fevral 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə yeni zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məqsəd Suriya-Livan sərhədində silah qaçaqmalçılığına görə məsul olan "Hizbullah" təşkilatının silahlı birləşmələrinin üzvünü məhv etmək olub.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinin aviasiyası Suriya-Livan sərhədində silah almaq üçün terror əməliyyatlarını koordinasiya edən “Hizbullah” terrorçusu Məhəmməd Mehdi Əli Şahini məhv edib.

Bildirilir ki, Şahin öz rolunun bir hissəsi olaraq terror təşkilatı üçün silahların tədarükü üçün terror əməliyyatlarının keçirilməsinə və Hizbullahın müxtəlif bölmələrinə ləvazimatların paylanmasına cavabdeh idi. 

Xəbər xətti