Azərbaycanın bu rayonunda yenidən ZƏLZƏLƏ OLDU

08:18 - 28 Fevral 2025 - ÖLKƏ İÇİ

Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, tən gün də İsmayıllı rayonunda yeraltı təkanlar baş vermişdi.

Xəbər xətti