Müğənni Mia Boyka (əsl adı Mariya Boyko) üzünü patentləşdirib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə kp.ru Rospatent-in müvafiq məlumatlarına istinadən xəbər verir.
Müğənninin imicindən indi yalnız onun icazəsi ilə kommersiya məqsədləri üçün istifadə oluna bilər.
Xüsusilə, o, əyləncə sənayesində sifətindən istifadəni, mədəni-maarif tədbirlərinin təşkilini, əyləncə tədbirlərinə bilet bron etməyi, video çəkilişləri, istirahət haqqında məlumat verməyi, musiqi yazmağı, asudə vaxtların təşkili və konsertlər keçirməyi qadağan edib.