Əfqanıstanda avtobusun Kabil yaxınlığındakı magistral yolda qəzaya uğraması nəticəsində azı 25 nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 27-də “Dawn” qəzeti məlumat yayıb.
Qəzada avtobus sürücüsünün günahkar olduğu məlum olub. Maşın magistral yolda aşıb.
Qeyd olunur ki, 25 nəfər həlak olub, 27 nəfər xəsarətlə xəstəxanalara yerləşdirilib.