Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasının ardınca Türkiyə tərəfindən kommunikasiyaların blokun açılması baş verə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, İrəvan Türkiyə tərəfi ilə mənalı və dinamik dialoq qurub. Nazir əlavə edib ki, Ermənistan tərəfi ilə və qapalı qapılar arxasında keçirilən bütün rəsmi görüşlərdə Türkiyə Ermənistan-Türkiyə sərhədini açmağa, əlaqələr qurmağa hazır olduğunu, ancaq Yerevanla Bakı arasında sülh sazişi imzalandıqdan sonra bəyan edib.
"Formal nöqteyi-nəzərdən saziş imzalanmayıb, lakin paraflanıb və mənim məntiqim belə qənaətə gəlir ki, sazişin ardınca Ermənistan-Türkiyə infrastrukturlarının bloku açılacaq. Türkiyə də infrastrukturların blokunun tezliklə açılmasında maraqlıdır", - Mirzoyan bildirib.