"Qarabağ" Çempionlar Liqasında

22:41 - 27 Avqust 2025 - İDMAN

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Macarıstan komandasının üstünlüyü ilə bitsə də iki oyunun nəticəsinə görə "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.

 "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. 

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3 

Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1), B.Varqa, 55 - pen. (2:2), Tof, 81 (2:3)

Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)

VAR: Jerom Brisar (Fransa)

AVAR: Nikolas Renvil (Fransa)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 3:1

Xəbər xətti