Xaçmazda 83 ağacı kəsənlərə cinayət işi açıldı

12:21 - 27 Fevral 2025 - Cəmiyyət

Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, keçirilən tədbirlərlə həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər vurulması müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.

Xəbər xətti