Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin sədri Si Cinpin və Çinin xarici işlər naziri Van Yi ilə görüşmək üçün Pekinə gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, birgünlük səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin və ÇKP MK Siyasi Bürosunun üzvü, ÇKP MK-nın Xarici Əlaqələr İdarəsinin direktoru, Çinin xarici işlər naziri Vanq İ ilə görüş planlaşdırılır.
Danışıqlar zamanı təhlükəsizlik sahəsində ikitərəfli məsələlərin, o cümlədən beynəlxalq və regional problemlərin müzakirəsi planlaşdırılır.
Bu, Şoyqunun son üç ayda Çinə ikinci səfəridir.