Nurlan Librenin evindən qızıl götürülməsi iddialarına DİN-dən CAVAB

15:06 - 27 Fevral 2025 - Cəmiyyət

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov “Qafqazinfo”ya bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb.

“Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə Nurlanın anasının evində həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.

Xəbər xətti