ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, çay dəmləmək suda qurğuşun və kadmium kimi ağır metalları “əhəmiyyətli dərəcədə” azaldır.
Ucnoqta.az xəbər verir ki, “Science Daily”nin məlumatına görə, araşdırmada müxtəlif çay növləri, çay paketləri və müxtəlif dəmləmə üsullarının suda ağır metalların azalmasına təsiri araşdırılıb.
Tədqiqatçılar müəyyən miqdarda ağır metalları ehtiva edən su məhlulları yaratdılar və qaynama temperaturuna yaxın qızdırdıqları məhlullara müxtəlif müddətlərdə dəmlənmiş çay yarpaqlarını əlavə etdilər.
Tədqiqatçılar dəmləmə prosesindən sonra məhlulda nə qədər ağır metalın qaldığını ölçdülər və bunu əvvəlki və sonrakı səviyyələrlə müqayisə etdilər. Tədqiqat nəticəsində məlum olub ki, incə üyüdülmüş qara çay yarpaqlarının böyük səthi ağır metal ionları ilə kimyəvi birləşərək onları sudan böyük ölçüdə çıxarmağa imkan verir.
Alimlər çay daha uzun müddət dəmləndikcə suda ağır metalların miqdarının azaldığını müəyyən edərək, sellülozadan hazırlanan paketlərin pambıq və neylondan daha təsirli olduğunu vurğulayıblar.
Araşdırmanın nəticələri "ACS Food Science & Technology" jurnalında dərc olunub.