Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Joze Mourinyo 4 oyunluq cəzalanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky TG24 məlumat yayıb.
Bu qərarı Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”la oyundan sonra verib. Mütəxəssis meymunlara bənzətdiyi “Qalatasaray”ın futbolçuları haqqında irqçi ifadə işlətdiyinə, eləcə də hakimlərdən birini təhqir etdiyinə görə cəzalandırılıb.
Mourinyo matçdan sonra irqçiliklə bağlı ittihamları rədd edib. "Qalatasaray" Mourinyonu məhkəməyə verəcəklərini, həmçinin Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edəcəklərini bildirib.